Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Səfərbərlikdən yayınan sürücü polis əməkdaşına təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, Ukraynanın Xmelnitski vilayətində baş verən hadisə avtomobilin kamerasına düşüb.
Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vilayət üzrə nümayəndələri və polis əməkdaşları sənədlərin yoxlanılması məqsədilə yerli sakinin idarə etdiyi avtomobili saxlayıblar. Lakin hərbi komissarlığa aparılacağından qorxan sürücü qaçmağa cəhd edib. O, avtomobili onun qarşısını kəsməyə çalışan qadın polis əməkdaşının üzərinə sürüb və polis kapotunu üstünə çıxaraq onun qaçmasına əngəl olmağa çalışıb.
Hadisə zamanı avtomobildə olan sürücünün həyat yoldaşı təşvişə düşərək qadın polisin öləcəyindən qorxub. O, ağlayaraq ərindən maşını dərhal saxlamasını xahiş etsə də, sürücü qaçışdan əl çəkməyib.
Təhlükəli təqibdən sonra asayiş keşikçiləri qayda pozan sürücünü saxlamağa nail olublar.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.