AZ

Mariya Zaxarova: Çexiyanın Moskvadaki səfiri tezliklə Rusiya XİN-ə çağrılacaq

Mitropolit İlarion-Alfeyev Çexiyanın Karlovı Varı şəhərində saxlanılması ilə əlaqədar bu ölkənin Moskvadakı diplomatik missiyasının rəhbəri tezliklə Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova açıqlama verib.

"Rusiya səfirliyi ona bütün lazımi yardımı göstərməyə davam edəcək. Çexiyanın Moskvadakı diplomatik missiyasının rəhbəri yaxın vaxtlarda Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq. Çexiya hakimiyyətinin qəbuledilməz özbaşına hərəkətlərinə qarşı sərt etiraz bildiriləcək" - deyə, diplomat qeyd edib.

O bildirib ki, Rusiya mitropolitin qeyd-şərtsiz dərhal azad edilməsini və uydurma istintaqın dayandırılmasını tələb edir.

Qeyd edək ki, İlarion qadağan olunmuş maddələrin qanunsuz saxlanmasında günahlandırılır. Onun Çexiyada dindirilmə prosesi davam edir.

Mitropolit İlarion 2009-cü il və 2022-ci illər ərzində Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığı Xarici Kilsə Əlaqələri şöbəsinə rəhbərlik edib və nüfuzuna görə, patriarx Kirillin yeganə varisi sayılıb. Lakin 2024-cü ilin sonunda ona qarşı qaldırılan qalmaqallı ittihamlardan sonra Mitropolit İlarion Kilsə tərəfindən vəzifədən uzaqlaşdırılıb.

Seçilən
0
3
moderator.az

4Mənbələr