AZ

Yayda günün altında zəhərə çevrilən qidalar AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yay aylarında temperaturun yüksəlməsi qida məhsullarının daha tez xarab olmasına səbəb olur. Bu isə qida zəhərlənmələrinin artması üçün əlverişli şərait yaradır. Xüsusilə düzgün saxlanılmayan və gigiyenik qaydalara əməl edilmədən hazırlanan qidalar insan sağlamlığı üçün ciddi risk daşıyır. Bu səbəbdən yay mövsümündə qida təhlükəsizliyinə daha çox diqqət yetirilməsi vacib hesab olunur. Bəs hansı məhsullar daha çox risk daşıyır?Məsələ ilə bağlı qida eksperti, nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, yay aylarında havanın isti keçməsi qidaların daha tez xarab olmasına səbəb olur:"Xüsusilə düzgün saxlanılmayan və gigiyenik şəraitdə hazırlanmayan məhsullar qida zəhərlənməsi riskini artırır. Ən çox risk yaradan qidalar arasında ilk sırada ət və toyuq məhsulları dayanır. Açıq havada uzun müddət qalan kabab, dönər, kotlet və digər bişmiş ətlər bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.Süd və süd məhsulları da yayda tez xarab olur. Xüsusilə açıqda satılan süd, qaymaq, pendir, dondurma və mayonezli salatlar diqqətli istifadə olunmalıdır. Soyuq zəncir qorunmadıqda bu məhsullar sağlamlıq üçün təhlükəli ola bilər".Ekspert deyib ki, dəniz məhsulları və balıq da isti havada riskli qidalar sırasındadır:"Düzgün temperaturda saxlanmadıqda həm qoxu dəyişir, həm də zəhərlənmə riski artır. Eyni zamanda küçədə satılan və uzun müddət gün altında qalan fastfood məhsulları, şaurma, hot-doq və souslu yeməklər də təhlükə yarada bilər.Meyvə və tərəvəzlər isə yaxşı yuyulmadıqda risk mənbəyinə çevrilir. Xüsusilə küçədə doğranmış şəkildə satılan meyvələr gigiyena baxımından təhlükəli ola bilər.Qida zəhərlənməsindən qorunmaq üçün qidaları soyuducuda saxlamaq, bişmiş yeməkləri uzun müddət otaq temperaturunda qoymamaq, küçə qidalarına qarşı diqqətli olmaq və əllərin gigiyenasına əməl etmək vacibdir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər yay aylarında qida seçimində daha ehtiyatlı olmalıdırlar",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
demokrat.az

1Mənbələr