AZ

Hindistanda pələng hücumu nəticəsində dörd qadın ölüb

Hindistanın Maharaştra ştatında pələngin hücumu nəticəsində dörd qadın həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.

Hadisə Çandrapur rayonunda qadınların yarpaq topladığı meşə ərazisində baş verib. Məlumata görə, pələng səhər saatlarında qəfil hücum edib. Dörd qadın hadisə yerində həyatını itirib, digər doqquz nəfər isə qaçaraq xilas ola bilib.

Hadisədən sonra kənd sakinləri əraziyə toplaşıblar. Daha sonra meşə təsərrüfatı əməkdaşları və polis hadisə yerinə gəlib. Ərazidə patrul xidməti gücləndirilib, yerli sakinlərə meşəyə tək getməmək tövsiyə olunub.

Nəşr qeyd edir ki, Maharaştra ştatında pələng hücumu nəticəsində eyni vaxtda dörd nəfərin həlak olması olduqca nadir hadisədir. 

Seçilən
0
3
yeniazerbaycan.com

5Mənbələr