AZ

İranda internet yaxın günlərdə BƏRPA olunacaq

Bizim media saytına istinadən ain.az xəbər verir.

İranda birinci vitse-prezident Məhəmməd Rza Arifin sədrliyi ilə iclas keçirilib və internetin 2025-ci ilin dekabrından əvvəlki vəziyyətinə qaytarılması barədə qərar qəbul edilib.Bizim.Media xəbər verir ki, “Asr İran” məlumat yayıb.Hesabata əsasən, bu qərar 9 lehinə, 3 əleyhinə səslə təsdiqlənmək üçün Prezident Administrasiyasına göndərilib və təsdiq ediləcəyi təqdirdə icra olunması üçün Rabitə Nazirliyinə tapşırılacaq.İran mediası bir neçə saat sonra Məhəmməd Rza Arifin qlobal internetin açılmasının zəruriliyi barədə fikirlərini dərc edib."Qayda pozan bir sürücüyə görə magistral yolu bağlamırlar. Niyə elə etməliyik ki, bir tələbə akademik işləri üçün internetinin açılmasını yalvararaq istəsin? Xalqa kömək etmək şüarı verib, əməldə isə xalqa güvənməyərək interneti onların üzünə bağlaya bilmərik. Bu addımla ictimai kapitalı məhv edir və texnoloji inkişaf yolunu keçmək imkanını əldən veririk", - İranın Birinci vitse-prezidenti deyib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
bizim.media

3Mənbələr