AZ

Rusiya Kiyevi hədələdi: “Qərar qəbuletmə mərkəzləri vurulacaq”

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələri Kiyevdə yerləşən qərar qəbuletmə mərkəzlərini və Ukraynanın hərbi-sənaye kompleksi obyektlərini hədəf alacaq.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında yayılan açıqlamada qeyd olunub. Bildirilir ki, Rusiya ordusu hazırkı şəraitdə Kiyevdə yerləşən Ukrayna hərbi-sənaye kompleksi obyektlərinə ardıcıl və sistemli zərbələr endirir. Bildirilir ki, zərbələr pilotsuz uçuş aparatlarının (PUA) layihələndirildiyi, istehsal olunduğu, proqramlaşdırıldığı və istifadəyə hazırlandığı məkanlara yönəlib.

Açıqlamada iddia olunur ki, həmin PUA-lar Kiyev tərəfindən NATO mütəxəssislərinin dəstəyi ilə istifadə edilir. Nazirliyin məlumatına görə, NATO mütəxəssisləri komponentlərin təchizatı, kəşfiyyat məlumatlarının ötürülməsi və hədəflərin müəyyənləşdirilməsində iştirak edir.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, zərbələr həm qərar qəbuletmə mərkəzlərini, həm də komandanlıq məntəqələrini əhatə edəcək.

Afaq,
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr