AZ

Fəaliyyətin istiqamətlərini müəyyənləşdirən vacib bir tədbir

Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi ola­raq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən iş­ğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğal olunmuş ərazilərdə quruculuq işləri başladı və böyük uğurlarla davam etməkdədir. Quruculuq işləri təkcə tikinti sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasına və inkişafına aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bildirdi ki, tarixi Zə­fər­dən sonra bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layi­hələri icra edildi. Bu, Azərbaycanın Zəfərdən sonra da Zəfər qazanacağının zəmanətidir. Döv­lət başçımız bildirdi ki, “Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutul­muş infrastruktur layi­hələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchi­zatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, ta­mamilə tükən­mişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviy­yəsini yaxşılaş­dırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə ge­nişmiqyaslı infrastruktur layihələri icra edildi”.

“Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yol­ları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göy­təpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqa­mətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirmə­liyəm ki, bu il­lər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrus­çuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir”.

Dövlət başçımız müşavirədə Azərbaycan gerçəkliklərinin bəşərilik amilinə də toxunaraq qeyd etdi ki, bizim fəaliyyətimizlə kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi baş­lasın: “…bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müza­ki­rələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərq­lər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada ya­şasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məş­ğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə ol­malıdır”.

Regional İnkişaf proqramlarının icrasında sosial infrastruktur layihələrinin də uğurla icra olunduğunu, qəbul edilmiş proqramların və qərarların böyük dönüşə səbəb olduğunu, aqropark­ların yaradılmasının kənd təsərrüfatının inkişafında çox böyük rol oynadığını, … da nəzərə çatdı­ran cənab İlham Əliyev dedi: “Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında mü­şa­hidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndə­ri­lən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndə­lə­rinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayən­dələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyu­lu­şu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edə­cəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sa­hib­kar­larının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq”.

Dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük təkan verdiyini, dünyada gedən meyillərin kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərdiyini, tor­­paq­lardan səmərəli istifadə olunmasının zəruriliyini, hər bir əkin üçün yararlı torpaq sa­həsinin öz pasportu olmasıını, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin, gübrə is­teh­salının artırılmasının, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin zəruriliyini də diq­qətə çat­dıran dövlət başçımız Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlanıldığını, Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün vaxtilə Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılan kanallaın Şirvan və Qarabağ kanalları adlandırıldığını da bildirərək dedi ki, “…bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaq­larda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sis­tem­ləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər”.

Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyev müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Hökumətin, Prezident Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, digər qurumla­rın fəal işləməsinin zəruriliyini də diqqətə çatdırdı…

Bu müşavirə Azərbaycanda kənd təsərrüfatının daha dinamik inkişafının təmin edilməsi isti­qamətində fəaliyyətin istiqamətlərini müəyyənləşdirən vacib bir tədbir oldu…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Seçilən
0
4
ikisahil.az

5Mənbələr