Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tbilisi, 25 may, AZƏRTAC
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri zamanı əldə edilən və dəhlizin nəqliyyat potensialından daha səmərəli istifadəyə və ölkələrimiz arasında iqtisadi inkişafa kömək edəcək razılaşmalar Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Bildirib ki, ölkələrimizin parlamentləri də tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir. Bu əlaqələr həm dostluq qrupları çərçivəsində, həm də müvafiq komitələr arasında bütün səviyyələrdə inkişaf edir.
Şalva Papuaşvilinin sözlərinə görə, münasibətlər daim qarşılıqlı dostluq, əməkdaşlıq və daha yaxşı nəticələr əldə etmək istəyi ruhunda formalaşır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.