AZ

Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Türkiyənin "Karsan" şirkətinin istehsal etdiyi pilotsuz avtobus İsveçin Höteborq şəhərində xəttə çıxdığı ilk gün qəzaya uğrayıb.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Avtobusun məxsus olduğu "Vasttrafik" şirkətinin rəsmi nümayəndəsi Patrik Çi bildirib ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən qəfil əyləci sıxıb və bu səbəbdən arxadan gələn tramvay ona çırpılıb.

Onun sözlərinə görə, baş vermiş bu hadisə şəhər infrastrukturunda pilotsuz ictimai nəqliyyatın tətbiqi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Daşımanı təşkil edən qurumun rəsmi təmsilçisi əlavə edib ki, toqquşmanın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. O həmçinin qeyd edib ki, avtobus tam avtonom (pilotsuz) rejimdə fəaliyyət göstərsə də, hər hansı fövqəladə vəziyyətdə idarəetməni dərhal öz üzərinə götürə bilməsi üçün salonunda sürücü-operator olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
avtosfer.az

1Mənbələr