AZ

İran uranla bağlı iddiaları təkzib etdi

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılacağına dair yayılan xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Agentlik yazır ki, İranın zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olması barədə iddialar həqiqəti əks etdirmir.

“Tasnim”in məlumatında Səudiyyə mediasında yayılan xəbərlərin və danışıqların detalları ilə bağlı digər iddiaların ABŞ-nin psixoloji əməliyyatına xidmət etdiyi bildirilib.

Agentlik həmçinin vurğulayıb ki, İran ABŞ ilə mümkün razılaşma çərçivəsində nüvə məsələsi üzrə heç bir öhdəlik götürməyib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı İran mənbəyinə istinadən Tehranın zənginləşdirilmiş uranı Çinə çıxarmağa hazır olduğunu iddia etmişdi.

 

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr