Aparıcı Cəlalə Nəzərova sosial şəbəkədə restoranla bağlı yaşadığı maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, aparıcı yaşadığı binadakı restoranlardan birində sifariş etdikləri kəndsayağı kartofun hesabına əlavə olaraq “yağ pulu” da yazıldığını bildirib. Yəni kartofu qızartdıqları yağın da pulunu müştəridən alıblar.
Aparıcı bunun səbəbini soruşduqda isə ona kartofun “free” qazanında deyil, tavada qızardıldığı cavabı verilib.
C.Nəzərova paylaşımında buna etiraz etdiyini və zarafatla “o zaman tavanın da pulunu əlavə edin” dediyini bildirib. O, restoran əməkdaşlarının sonradan yağın pulunu hesabdan çıxardıqlarını, lakin vəziyyətin daha da gülməli alındığını vurğulayıb.
Aparıcı restoranın adını açıqlamayacağını qeyd edib.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta