AZ

Yunanıstanda qalmaqal – türk diplomatlarının qatili azadlığa buraxıldı

Yunanıstanda “17 Noyabr” terror təşkilatının lideri Aleksandros Yotopulosun azadlığa buraxılması ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Yunanıstan mediasının məlumatına görə, ölkənin Ali Məhkəməsi Yotopulosun sərbəst buraxılması qərarına edilən etirazı araşdırır.

Bildirilir ki, işi araşdıran prokurorluq onun nəzərdə tutulan 25 illik həbs müddətini tam başa vurmadığını və vaxtından əvvəl azadlığa buraxılma üçün digər əsas şərtlərin yerinə yetirilmədiyini əsas gətirərək qərarın düzgün olmadığını bildirib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi 1991-ci ildə türk diplomat Çətin Görgünün qətli, Türkiyənin Afinadakı səfirliyinin müşaviri Deniz Bölükbaşına qarşı sui-qəsd cəhdi, eləcə də 1994-cü ildə diplomat Haluk Sipahioğlunun qətlinin sifarişçisi hesab olunan Aleksandros Yotopulosun mayın 21-də azadlığa buraxılmasını sərt şəkildə pisləmişdi.

Yotopulos “17 Noyabr” terror təşkilatının rəhbəri kimi 2002-ci ildə saxlanılmış, 17 dəfə ömürlük həbs və əlavə 25 il ağır həbs cəzasına məhkum edilmişdi.

 

Musavat.com

Seçilən
88
musavat.com

1Mənbələr