AZ

İran nümayəndə heyəti Qətərə səfər etdi

ABŞ və İsrail ilə yaşanan hərbi münaqişəyə son qoymaq məqsədilə İran nümayəndə heyəti Qətərin paytaxtı Dohaya səfər edib. Metbuat.az xəbər verir ki, yüksək səviyyəli heyətin tərkibinə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati daxildir.

Adının açıqlanmasını istəməyən diplomatik mənbənin verdiyi məlumata görə, Dohadakı danışıqların əsas diqqət mərkəzində Hörmüz boğazının təhlükəsizliyi və yüksək dərəcədə zənginləşdirilmiş uranla bağlı strateji məsələlər dayanır. Mərkəzi Bank sədrinin heyətdə yer alması isə əldə olunacaq yekun razılaşmanın tərkib hissəsi kimi, İranın dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması mövzusunun müzakirə ediləcəyindən xəbər verir.

Seçilən
18
14
metbuat.az

10Mənbələr