AZ

Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının məhv ediləcəyinə əmindir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının ya utilizasiya üçün ABŞ-a daşınacağına, ya da elə ölkə ərazisində və ya başqa uyğun bir yerdə məhv ediləcəyinə əmindir.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

“Zənginləşdirilmiş uran ya dərhal çıxarılıb məhv edilmək üçün ABŞ-a köçürüləcək, ya da yerində və ya uyğun bir yerdə İran İslam Respublikası ilə əlaqələndirilərək və razılaşdırılaraq məhv ediləcək", - Tramp yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
apa.az

3Mənbələr