AZ

Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert təqdim olunacaq

Bakı, 26 may, AZƏRTAC

Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsertə Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.

Proqramda görkəmli sənətkarlar, respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında musiqi nömrələri, bəstəkar əsərləri və xalq mahnıları səsləndiriləcək.

Konsert biletlərini şəhərin bütün mərkəzi kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.

 

Seçilən
12
2
azertag.az

3Mənbələr