BAKI, 26 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio İranla sülh razılaşmasının mətninin hazırlanmasının bir neçə gün davam edə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Rubio qeyd edib ki, daha əvvəl Qətərdə İranla bağlı danışıqlar keçirilib.
“Görək, irəliləyiş əldə edə biləcəyikmi”, - deyə ABŞ dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, müzakirələr əsasən ilkin mətnin dəqiqləşdirilməsi üzərində cəmlənib və bu proses bir neçə gün çəkə bilər.
“Prezident Donald Tramp razılaşma əldə etmək niyyətini ifadə edib. Ya o, saziş bağlayacaq, ya da yox”, - Rubio əlavə edib.
Hazırda Hindistanda səfərdə olan ABŞ dövlət katibi həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyini vurğulayıb.