ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.
25 may 2026-cı il tarixində İsmayıllı rayonu ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində İsmayıllı Kommunal Müəssisələri Kombinatına məxsus məişət tullantılarının idarə olunması poliqonunda yağış sularının ötürülməsi məqsədilə qazılmış arxların həddindən artıq dolması səbəbindən bəzi hissələrdə su poliqona gedən avtomobil yoluna çıxıb.Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki. yaranmış vəziyyətlə əlaqədar gün ərzində operativ tədbirlər həyata keçirilib, xüsusi texnikalar əraziyə cəlb olunub, suötürücü arxlar təmizlənmiş və əlavə yeni arxlar qazılıb.Hazırda ərazidə vəziyyət tam nəzarət altındadır və hər hansı problem mövcud deyil.Ruhiyyə Mehdiyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.