AZ

Ağsuda faciəli qəza: avtomobil çaya aşdı, ölənlər var

Azertag saytına istinadən ain.az xəbər verir.

Ağsu, 26 may, AZƏRTAC

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində həyatını itirib. Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə və ölümün dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Müxbir- Rəşad Türkoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
8
azertag.az

10Mənbələr