AZ

Tottenhem ukraynalı qapıçının transferində maraqlıdır

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Tottenhem" yay "transfer pəncərəsi"ndə "Benfika"nın qapıçısı Anatoli Trubini transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "A Bola"məlumat yayıb.

London klubunun hazırkı baş məşqçisi Roberto De Zerbi ukraynalı futbolçunu "Şaxtyor"da işlədiyi vaxtdan tanıyır.

Qeyd edək ki, 24 yaşlı qolkiperin Portuqaliya klubu müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Trubin 2025/26 mövsümündə Lissabon klubunda 50 oyun keçirib, 21 dəfə qapısını toxunulmaz saxlayıb və 43 qol buraxıb. "Transfermarkt" portalı Trubinin dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
sport24.az

1Mənbələr