AZ

Laşa Abaşidze: Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, reysə yüksək tələbat var və çox sayda biletlər satılır.

"Tbilisi və Bakı arasında sərnişin qatarlarının gündəlik rejimdə reyslər həyata keçirəcəyi sevindirici haldır. Reyslərin bərpası üçün azərbaycanlı həmkarlarımızla birgə uğurlu iş aparılıb", - Abaşidze əlavə edib.

Seçilən
32
2
apa.az

3Mənbələr