Ermənistanın müxalif “Alyans” partiyası seçki marafonundan geri çəkilir.
Publika.az xəbər verir ki, partiya öz seçki siyahısının qeydiyyatının ləğv edilməsi üçün artıq Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi ərizə də göndərib. MSK müraciətə baxmaq üçün açıq iclas keçirəcək.
Partiyanın lideri Tiqran Urixanyan hazırkı baş nazir Nikol Paşinyanın qalib gələcəyi təqdirdə, “Alyans”ın radikal mübarizə aparmaq və xalq etiraz dalğası formalaşdırmaq hüququnu özündə saxladığını bəyan edib.