AZ

Teatr sənəti üzrə yazı müsabiqəsi elan olunub

Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir.

Hafta.az yazır ki, Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı və təşkilati dəstəyi ilə keçirilən müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur.

Müsabiqənin əsas məqsədi teatr proseslərinə tənqidi, nəzəri-konseptual baxışın gücləndirilməsi, gənc və istedadlı müəlliflərin aşkara çıxarılması, eləcə də səhnə əsərlərinin peşəkar təhlilinin təşviq edilməsidir.

Təqdim ediləcək yazılar cari teatr prosesinin aktual məsələləri və repertuarlardakı tamaşaların təhlili ilə bağlı problem-məqalə, resenziya və esse janrlarında olmalıdır. Yazılar müsabiqə elanından sonra hazırlanmalıdır. Müsabiqənin nəticələri açıqlandıqdan sonra yazılar dövri mətbuatda dərc edilə bilər.

Yazılar 31 iyul 2026-cı il tarixinədək [email protected]  elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək. Mətnlər Times New Roman şrifti ilə 12 ölçüdə yığılmalı və ümumi həcmi 10 A4 vərəqindən çox olmamalıdır.

Yazılar sahə üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim olunacaq, qaliblər isə diplom və pul mükafatı ilə təltif ediləcək.

Müəlliflər “Ən yaxşı resenziya”, “Ən yaxşı problem-məqalə” və “Ən yaxşı nəzəri esse” nominasiyalarından yalnız biri üzrə bir yazı təqdim edə bilərlər. Birgə müəllif yazıları qəbul olunmur.

Hər nominasiya üzrə qalibə 500 AZN pul mükafarı nəzərdə tutulur.

Daha ətraflı: https://memim.az/xeberler/memim-teatr-seneti-uzre-yazi-musabiqesi-elan-edir-1779705276

Seçilən
0
3
hafta.az

4Mənbələr