AZ

Nazir müavini: Bakı-Tbilisi dəmir yolu əlaqəsinin bərpası iqtisadi və turizm əlaqələrini gücləndirəcək

Bakı–Tbilisi–Bakı sərnişin qatarının 6 illik fasilədən sonra bərpası iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafına töhfə verəcək.

"Far.Az"un Gürcüstan bürosunun məlumatına görə, bunu ölkənin iqtisadiyyat nazirinin müavini Tamar İoseliani jurnalistlərə bildirib.

O qeyd edib ki, iki ölkənin paytaxtları – Bakı və Tbilisi arasında dəmir yolu əlaqəsinin yenidən bərpa olunması simvolik əhəmiyyət daşıyır.

"Ölkəmizin Müstəqillik Günü münasibətilə sizi təbrik edirəm. Simvolikdir ki, 6 illik fasilədən sonra ilk dəfə iki paytaxt arasında dəmir yolu əlaqəsi bərpa olunur. Bu, iki şəhərin yenidən birbaşa birləşməsi deməkdir", – deyə İoseliani bildirib.

Nazir müavininin sözlərinə görə, bu addım həm iqtisadi inkişafı, həm də turizm axınlarının artmasını dəstəkləyəcək və ölkələr arasında əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.

Qeyd edək ki, bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir.

Seçilən
13
far.az

1Mənbələr