“Bərdə Broyler” ASC 2025-ci ildə xalis mənfəəti 24% böyüyərək 35 596 manatdan 44 031 min manata çatıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, şirkətin ümumi gəlirləri ötən illə müqayisədə 9% artaraq 102 509 manatdan 111 834 manata yüksəlib.
Ötən il “Bərdə Broyler” ASC-nin cəmi aktivləri 0.7% azalaraq 710 min manatdan 705 min manata düşüb, cəmi kapitalı da 11.5% artaraq 400 min manatdan 446 min manata çatıb.