KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Bildirilib ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarətlər alan Əlizadə Nail İlham oğlu müalicə olunduğu xəstəxanada vəfat edib.
Digər xəsarət alan şəxslərdən Şahin Vəliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə mayın 23-də rayonun Çeşməbasar kəndi ərazisində baş verib. Qəza zamanı xəsarət alan İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam etdirilir.
