AZ

Uğur qapıları bu 4 bürc üçün açılır

Ulduzlar bu günlərdə bəzi bürclər üçün sanki bir pul maşını kimi işləməyə hazırlaşır.

Publika.az xəbər verir ki, kainatın enerji axını dəyişir və maliyyə planetlərinin hərəkəti bir neçə bürcə birbaşa var-dövlət, uğur və böyük qazanc qapılarını açır. Yaxın günlərdə pulla imtahanı bitən və var-dövlət içində üzməyə namizəd olan o dörd xoşbəxt bürc bunlardır:

Birinci növbədə Buğa bürcləri üçün maliyyə sahəsində əsl qızıl dövr başlayır. İdarəçi planetiniz Venera sizə elə bir ruzi gətirir ki, özünüz də təəccüblənəcəksiniz. Bu dövrdə köhnə borclar qaytarıla bilər, ya da keçmişdə qoyduğunuz investisiyalar qəfildən böyük gəlir gətirər. Qarşınıza çıxan yeni iş təkliflərinə mütləq bəli deyin, çünki bu təkliflər sizi var-dövlətə aparan yolun başlanğıcıdır.

Zəhmətkeş Qız bürcləri üçün isə nəhayət ki, əziyyətlərinin bəhrəsini görmək vaxtıdır. Ulduzlar sizin peşəkar sahədə parlayacağınızı və bunun birbaşa cibinizə təsir edəcəyini deyir. Yeni layihələr, vəzifə artımı və ya biznesinizi böyütmək üçün mükəmməl şanslar yaranır. Öz dəyərinizi bilin və rəhbərlikdən haqqınız olanı tələb etməkdən çəkinməyin, çünki şans tamamilə siz tərəfdədir.

Seçilən
3
4
publika.az

5Mənbələr