AZ

“Qarabağ” Babikanı almaq istəyir

Artıq iki transferi həyata keçirən “Qarabağ” daha bir futbolçu ilə anlaşmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam klubu Serbiyanın “Srvena Zvezda” klubundan Şavi Babikanı heyətə qatmaq istəyir. 

Serblərin heyətində möhkəmlənə bilməyən futbolçu son mövsümü Türkiyənin “Fatih Karagümrük” klubunda keçirib. “Srvena Zvezda” ilə 2028-ci ilə qədər müqaviləsi olan hücumçu özü də klubundan ayrılmaq niyyətindədir. 

Qeyd edək ki, “Qarabağ” “Omoniya”dan Jali Muaddibi, “Yurqorden”dən Zakaria Savonu transfer edib.

Seçilən
43
3
bakivaxti.az

4Mənbələr