AZ

Prezidentliyə yeni namizəd Mourinyonun Real a qayıdışının əleyhinədir

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real"ın prezidenti postuna namizəd Enrike Rikelme Joze Mourinyonun kluba mümkün qayıdışına qarşı çıxıb və klubun uzunmüddətli inkişaf layihəsinə ehtiyacı olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə Abc.es-ə verdiyi müsahibədə danışıb.

Rikelme Mourinyonun klubun hazırkı inkişaf mərhələsi üçün uyğun bir seçim olmadığını bildirib:

"Joze Mourinyo əla məşqçidir, amma bizim vəziyyətimizdə inanırıq ki, "Real"ın gələcəyi üçün uzunmüddətli bir layihəyə ehtiyacı var. Orta və uzunmüddətli bir layihə ilə kursumuzu tamamilə dəyişdirməliyik. Mən nə Mourinyonun əleyhinəyəm, nə tərəfdarı. Mən Madridistəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
sport24.az

1Mənbələr