Ukrayna prezidenti Volodimir Zelenskinin parlamentdəki "Xalqın xidmətçisi" fraksiyası ilə görüşündə müharibənin aktiv mərhələsinin başa çatdırılması perspektivləri müzakirə olunub...
Poliqon xəbər verir ki, bu barədə xalq deputatı Olqa Vasilevska-Smaqlyuk məlumat verib.
O, Telegram kanalında yazıb ki, görüş vaxtının böyük hissəsi müharibənin aktiv mərhələsinin başa çatması perspektivlərinə həsr olunub:
"Prezident qeyd etdi ki, təhlükəsizlik zəmanətləri veriləcəyi təqdirdə, noyabr ayına qədər müharibənin aktiv mərhələsinin başa çatdırılması imkanı nəzərdən keçirilir".
Vasilevska-Smaqlyuk əlavə edib ki, hazırda Ukrayna cəbhə xəttində üstünlüyə malikdir və bundan istifadə etmək mümkündür. Onun sözlərinə görə, əsas məqsəd Kremlin fasilədən sonra yenidən hərbi əməliyyatlara və yeni hücuma başlaması üçün aldatma imkanının qarşısını almaqdır.
Bununla yanaşı, "Qolos" fraksiyasından olan deputat Yaroslav Jeleznyak bildirib ki, görüş zamanı "prezident müharibənin nəzəri sonu ilə bağlı növbəti tarixi səsləndirib":
"Bu dəfə söhbət 2026-cı ilin noyabrından gedir… baxmayaraq ki, hətta iştirak edənlərin özü də buna çox inanmadı".
Poliqon.info