AZ

Cənubi Koreyada estakada uçub: xəsarət alanlar var

Cənubi Koreyanın paytaxtı Seulda sökülməli olan köhnə yol ötürücüsü qismən uçub.

Bu barədə "Far.Az" "Yonhap"a istinadən xəbər verir.

Məlumata görə, hadisə bu gün Seosomun estakadasında söküntü işləri zamanı baş verib.

Rəsmi şəxslərin məlumatına görə, hadisə nəticəsində ən azı altı nəfər xəsarət alıb.

Yanğınsöndürmə və xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatını davam etdirir, dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal olunur.

Seul meriyasının nümayəndəsi bildirib ki, estakadanın bir hissəsinin çökməsi konstruksiyanın qismən uçmasına səbəb olub.

Seçilən
21
2
far.az

3Mənbələr