AZ

Bahar Muradova parlamentdə hesabat verir

“Ötən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, "Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı" bu sahədə yeni mərhələ açmaqdadır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən ilin yekunlarına dair hesabatı səsləndirərkən deyib.

Komitə sədri qeyd edib ki, Fəaliyyət Planı ilk növbədə qadınların sosial-iqtisadi fəallığının artırılmasını, təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsini, iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyən edir:

“Bu yanaşma göstərir ki, dövlətimiz gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.    

Eyni zamanda Hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilmiş, institusional mexanizmlər  daha sistemli xarakter almış, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçmişdir.

Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir”.

Seçilən
1
3
cebheinfo.az

6Mənbələr