AZ

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı -VİDEO

Türkiyənin İzmir şəhərində bələdiyyə sədri saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İzmir Baş Prokurorluğu Gözəlbağça rayon bələdiyyəsində əməliyyat keçirib.

 

Bildirilib ki, əməliyyat zamanı rayon bələdiyyəsinin sədri Mustafa Günay və qurumun daha 4 işçisi saxlanılıb.

 

Xatırladaq ki, Mustafa Günay Gözəlbağça rayon bələdiyyəsi sədri vəzifəsini 2024-cü ildən icra edir.


 

Seçilən
0
5
senzor.az

6Mənbələr