AZ

Maktomineyin məşhur qolu 20 funtluq əskinasda

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şotlandiya Bankı milli komandanın futbolçusu Skott Maktomineyə həsr olunmuş xüsusi 20 funtluq əskinas təqdim edib. Sport24.az "The Scottish Sun"a istinadən xəbər verir ki, məhdud sayda buraxılan bu əskinas Şotlandiya yığmasının uzun illərdən sonra dünya çempionatına vəsiqə qazanması münasibətilə hazırlanıb.​Yeni dizaynda Maktomineyin Şotlandiya millisini 1998-ci ildən sonra ilk dəfə mundiala daşıyan məşhur "qayçı" zərbəsi vurduğu qol epizodu əks olunub.​Xatırladaq ki, bir neçə ay əvvəl təcrübəli yarımmüdafiəçinin məhz həmin zərbəsi əsasında çəkilmiş divar rəsmi də təqdim edilmişdi. Futbolçunun həmin rəsmin önündə çəkdirdiyi foto azarkeşlər tərəfindən böyük maraqla qarşılanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
sport24.az

1Mənbələr