AZ

Puluna dəyər: Ən yaxşı 5 istifadə olunmuş krossoverin adı açıqlanıb

İşlənmiş krossover seçmək çətin ola bilər, amma bazarda etibarlılığı və qiymətinə görə seçilən modellər mövcuddur...

Poliqon xəbər verir ki, bu barədə GOBankingRates yazır.

Ekspertlər işlənmiş avtomobillər arasında ən yaxşı 5 Yapon krossoverini müəyyən ediblər.

Honda CR-V

Honda CR-V işlənmiş avtomobil alıcıları arasında ən çox seçilən modellərdən biridir. Aşağı yanacaq sərfi, münasib qiymət və yüksək etibarlılığı ilə tanınır. Ekspertlərin fikrincə, bu model bazarda ən etibarlı krossoverlərdən sayılır.

Toyota RAV4

Toyota RAV4 da yüksək etibarlılığı ilə seçilir. Model az yanacaq sərfi və satış zamanı yüksək dəyərini qoruyub saxlaması ilə tanınır.

Mazda CX-5

Mazda CX-5 etibarlı və nisbətən ucuz krossoverlərdən biri hesab olunur. Bundan əlavə, daha premium interyer və yaxşı idarəetmə xüsusiyyətləri ilə seçilir.

Mazda CX-9

Mazda CX-9 üç sıra oturacaqlı böyük krossoverdir və rəqiblərinə nisbətən daha əlverişli qiymətə malikdir. O, həm də etibarlı model kimi qiymətləndirilir.

Subaru Forester

Subaru Forester bazadan etibarən tam ötürücü sistemi ilə təklif olunur. Model universallığı və dayanıqlılığı ilə seçilir və etibarlı krossoverlər sırasında göstərilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr