Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanda 2028-2030-cu illərdə suvarma suyunun keyfiyyət monitorinqi və idarəetmə sisteminin yaradılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, irriqasiya və meliorasiya şəbəkələrində olan suyun analizinin aparılması mexanizminin formalaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Eyni zamanda azı 3 pilot regionda su keyfiyyəti monitorinqi sistemi tətbiq ediləcək.
Bununla yanaşı, əsas irriqasiya və meliorasiya şəbəkələri üzrə su keyfiyyəti monitorinqi sistemi tətbiq olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.