AZ

Kitab Festivalında yazıçı Nazim Hüseynli ilə imza günü keçirildi FOTO

ain.az bildirir, Bizim media portalına istinadən.

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Bizim.Media-nın stendində tanınmış yazar, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, Prezident təqaüdçüsü Nazim Hüseynlinin oxucularla görüşü və imza günü keçirilib.Bizim.Media xəbər verir ki, indiyədək yazarın 15 kitabı işıq üzü görüb. Onlardan 3-ü nəsr, 4-ü nəzm, digərləri isə publisistik üslubda qələmə alınan sənədli əsərlərdir.

 

MÖVZU İLƏ BAĞLI:Şair-publisist Bəradər Səməndərlinin oxucularla görüşü keçirilib - FOTO

Yazarın festival çərçivəsində oxuculara təqdim olunan kitabları bunlardır:"Hamıdan da Vətən üstün""Bütövlük həsrəti""Qədim Oğuz yurdu – Xaçmaz kəndi""Torpaq uğrunda şəhid varsa, Vətəndir""Yurdum, torpağım, əzəl ünvanım – Oğuz""Oğuzlu həkimlər – Sağlamlığın sayıq keşikçiləri""Oğuz soraqlı, Vətən sevdalı insanlar"Xatırladaq ki, paytaxtda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı uğurla davam edir.Mədəniyyət hadisəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam Mühafizə" şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr