AZ

Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar

ABŞ-da dopinqin leqallaşdırılması ideyasını təşviq edən “Enhanced Games” layihəsi böyük müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə məlumat yayan “Washington Post”da qeyd olunub ki, layihə idmanda qadağan olunan preparatların istifadəsini açıq şəkildə təşviq edir və bunu “insan imkanlarının optimallaşdırılması” kimi təqdim edir.

Biohaker milyarder və “uzunömürlülük” təcrübələri

Məqalədə bildirilir ki, layihənin həmtəsisçilərindən olan alman milyarder-biohaker Kristian Angermayer uzun müddətdir sağlamlığın “təkmilləşdirilməsi” və ömrün uzadılması istiqamətində təcrübələrlə məşğuldur.

O, arıqlama preparatları, testosteron və rəsmi göstərişdən kənar istifadə edilən böyümə hormonları qəbul edir. Bu preparatların dərin piy qatlarını azaltmaq və “hüceyrə regenerasiyası” məqsədilə istifadə olunduğu qeyd edilir.

Seçilən
6
publika.az

1Mənbələr