AZ

“Porsche” hava ilə soyudulan mühərriki: ənənə, yoxsa yenilik? FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

1998-ci ildə təqdim edilmiş “Porsche 911” markanın hava ilə soyudulan mühərrikə malik sonuncu avtomobil oldu.

Avtosfer.az xəbər verir ki, sonradan bu texnologiya unuduldu. Daha doğrusu, onun yerini maye ilə soyudulan mühərriklər aldı. İndi isə əks proses baş verir.

Elektromobilə keçidin çox da səmərə vermədiyini görə almaniyalı istehsalçı bu günlərdə hava ilə soyudulan yeni növ mühərriki patentləşdirib. Lakin, indiki mühərrik XX əsrdəki sələfindən fərqli olacaq. Bu mühərrik qapalı olacaq.

Ventilyatorun sorduğu hava mühərriki, aralıq radiatoru, turbokompressoru və səsboğanı soyudaraq avtomobilin arxa hissəsindən xaric olacaq. Bir sözlə, yeni sistem köhnənin təkrarı deyil, innovasiya olacaq. 

Bu patent həm də almanların ənənəyə hörmətinin göstəricisidir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
avtosfer.az

1Mənbələr