AZ

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Akademiyanın rəis müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev görüşün əhəmiyyətindən danışaraq bu səpkili tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini bildirib. Rəis müavini qeyd edib ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və belə görüşlər kursantların peşəkar dünyagörüşünün formalaşmasında, onların xidmət fəaliyyətinə hazırlanmasında, eləcə də operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayır.

Sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov qurumun fəaliyyət istiqamətləri, əsas vəzifə və funksiyaları barədə ətraflı məlumat verib. Mərkəzin rəisi bildirib ki, Bakı Regional Mərkəzi fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin təşkili istiqamətində mühüm funksiyalar həyata keçirir. Həmçinin, qeyd olunub ki, fövqəladə hallar zamanı çevik və koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə şəxsi heyətin peşə hazırlığı və operativ hazırlıq səviyyəsinin daim yüksəldilməsi diqqət mərkəzində saxlanılır.

Seçilən
0
5
publika.az

6Mənbələr