AZ

ABŞ F 35 lə İranın hava məkanını pozub

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ni ölkənin hava məkanına müdaxilə etməkdə günahlandırıb və Tehranın cavab vermək hüququnu özündə saxladığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı İİKK-yə istinadən məlumat yayıb. 

"Amerika ordusu bölgədəki macəralı hərəkətlərini davam etdirərək Fars körfəzi bölgəsindəki İran hava məkanına hücum edib", - məlumatda qeyd olunub. 

Keşikçilər Korpusu hava hücumundan müdafiə vasitələrindən istifadə etdiyini və MQ-9 PUA-sını vurduğunu, eləcə də F-35 təyyarəsini və RQ-4 dronunu İran hava məkanını tərk etməyə məcbur etdiyini bildirib. 

Gülayə Mecid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
unikal.az

2Mənbələr