AZ

Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatdı - FOTO - YENİLƏNİB

Ağdam şəhərinə yola salınan köç karvanı mənzil başına çatıb.

Redaktor.az xəbər verir ki, səhər saatlarında yola salınan 110 ailə Ağdam şəhərinə çatıb.

Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 417 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

2222222
Seçilən
36
49
redaktor.az

10Mənbələr