AZ

Bu, birbaşa dövlətə xəyanətdir Zvyaqintsevə qarşı sərt ittiham

ain.az, Kulis.az saytına istinadən bildirir.

Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy məşhur kinorejissor Andrey Zvyaqintsevi dövlətə xəyanətdə ittiham edərək mühakimə olunmağa çağırıb.

Kulis.az xəbər verir ki, o bu barədə özünün teleqram kanalında yazıb.

Mayın 23-də Zvyaqintsev "Minotavr" filminə görə Kann kinofestivalının Qran-Pri-sini qazanıb. Rejissor mükafatı alarkən Rusiya prezidenti Vladimir Putinə müraciət edərək bu sözləri deyib:

"Artıq bu qırğına son qoyun. Bütün dünya bunu gözləyir".

O, həmçinin Rusiya prezidentinin əhatəsində "bu sözləri ona necə çatdırmağı bilən insanların" olduğuna əminliyini ifadə edib.

Luqovoy isə iddia edir ki, Zvyaqintsevə bu nüfuzlu mükafat "ruslara olan nifrətinə görə" verilib. Deputat hesab edir ki, rejissor sadəcə olaraq ona pul ödənildiyi üçün bu cür çıxış edib:

"Mən rusluğunu inkar edən bu rejissorun xarici agentlər siyahısına salınması təklifi ilə qətiyyən razı deyiləm. Bu, doğru tərif deyil. Onun vəziyyətində bu, birbaşa dövlətə xəyanət, vətəni satmaqdır. O, qanunun bütün sərtliyi ilə cavab verməlidir".

Deputat öz paylaşımında Rusiyada xarici agent kimi tanınan məşhur prodüser Aleksandr Rodnyanskini də xatırladıb. Onun fikrincə, prodüseri də ölkədə eyni aqibət gözləməlidir. Luqovoy onun prodüseri olduğu bütün film və serialların nümayişinin dayandırılmasına çağırış edib:

"Biz onların sadəcə kürəyinə şapalaq vurmaq əvəzinə, ciblərindən vurmağa başlayanda bütün bu satqın razılaşmaları üzə çıxacaq".

Mabel Matizin həbsi tələb olunur

Əsərləri məhv edildi, övladları həbs olundu və uşaq evinə verildi... - Əhməd Cavadın "ən böyük günahı" nə idi?

Hicran Nəsirova: "Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
kulis.az

2Mənbələr