Müğənni Rəvan Qarayev bu gün ailə qurur.
Publika.az xəbər verir ki, sənətçi üçüncü dəfə nikah masasına əyləşir. Daha əvvəl iki dəfə evli olan Rəvan bu dəfə mediaya qapalı nikah mərasiminə üstünlük verib.
İddialara əsasən, müğənninin həyat yoldaşı pediatr-nevroloq həkim Səbinə Nurəliyevadır. Bildirilir ki, o, tanınmış və savadlı mütəxəssislərdən biri hesab olunur.