AZ

Dünyanın ən böyük kreditor ölkələri — Bloomberg

Yaponiya ardıcıl ikinci ildir ki, dünyanın ən böyük kreditor ölkələri siyahısında mövqeyini itirir və üçüncü yerə enib. Reytinqdə ikinci sırada isə Çin qərarlaşıb, bu barədə “Bloomberg” agentliyi yazır.

Yaponiyanın Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin 2025-ci ilin sonuna olan xalis xarici aktivləri $3,5 trilyon təşkil edib. Eyni dövrdə Çinin xalis xarici aktivləri $4 trilyon səviyyəsində qiymətləndirilib. Siyahıda birinci yeri isə $4,24 trilyon həcmində xalis xarici aktivləri olan Almaniya qoruyub saxlayıb.

Xarici aktivləri xarici öhdəliklərini üstələyən ölkələr kreditor sayılır. Bu göstərici nə qədər yüksəkdirsə, ölkə bir o qədər borcalan deyil, maliyyə mənbəyi kimi qiymətləndirilir.

Agentliyin qeydinə görə, Yaponiyanın uzun müddət lider mövqedə olması milli valyuta olan yenə “təhlükəsiz liman” investisiya statusu qazandırmışdı. Lakin indi bu status əvvəlki qədər birmənalı görünmür. “Bloomberg”in sorğusunda iştirak edən ekspertlər hesab edirlər ki, Yaponiyanın xalis xarici aktivlərinin həcmi hələ də çox böyükdür, amma dəyişən geosiyasi şəraitdə bunun üstünlük sayılıb-sayılmayacağı sual altındadır.

Agentlik qeyd edir ki, Almaniya və Çin müsbət xarici ticarət saldosu hesabına lider mövqelərini qoruyur. Yaponiyada isə bu göstəricinin artımı yapon aktivlərinə yönələn xarici investisiyalar səbəbindən məhdudlaşır.

Seçilən
22
banker.az

1Mənbələr