AZ

Ramiz Məmmədov: Oyunçularım rəqibin adından, oynadıqları liqadan çəkinmir

ain.az bildirir, sport24.az portalına istinadən.

"Qəbələ" köklü klubdur. Böyük bir infrastruktura malikdir. Biz də bu yöndə addımlarım atırıq ki, gəlib elə bir klub olaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.Təcrübəli mütəxəssis komandasının pley-offdakı rəqibi "Qəbələ" barədə danışıb:"Bütün mövsüm boyu məşqçi heyətimizlə birgə Premyer Liqanın oyunlarını izləmişik. Ehtiyat etdiyimiz komandalardan biri də "Qəbələ" idi. Oyunun mahiyyətini başa düşürük, futbolçularla danışmışıq. Son 2-3 gün də "Qəbələ"nin futbolçularının bir-bir oyununu izləmişik. Bir oyunu bütün komandalara qarşı oynamaq olar. Maddi və futbolçuların seçilməsi cəhətindən Premyer Liqa və Birinci Liqa komandaları arasında fərq var. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Qarşılaşmaya tam hazırıq. Oyunçularım rəqibin adından, oynadıqları liqadan çəkinmir. 90 və əlavə dəqiqəni nəzərə alıb meydana çıxacayıq. Zədəli futbolçumuz yoxdur. Amil Yunanov cəzalı olsa da, təcrübəsi baxımından komandaya psixoloji cəhətdən çox köməyi dəyəcək".Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı mayın 28-də, Sumqayıtda saat 18:30-da "SOCAR Polymer Arena"da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sport24.az

1Mənbələr