AZ

TƏCİLİ: İrandan cavab gecikmədi - SEPAH HƏRƏKƏTƏ KEÇDİ

Bir neçə ABŞ pilotsuz uçuş aparatı (PUA) və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı İranın hava məkanını pozub, nəticədə PUA-lardan biri vurulub.

Musavat.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

"Terrorçu ABŞ ordusu regiondakı avantürist, müdaxiləçi fəaliyyətini və təcavüzkar davranışını davam etdirərək, Fars körfəzi bölgəsində İranın hava məkanına müdaxilə edib", - deyə "Tasnim" agentliyinin dərc etdiyi sənəddə qeyd olunub.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri "RQ-4" PUA-sını və "F-35" qırıcısını ölkənin ərazi hava məkanını tərk etməyə məcbur edib. Bildirilir ki, "MQ-9" modelli pilotsuz aparatlardan biri isə məhv edilib.

SEPAH bəyanatında onu da vurğulayıb ki, İran ABŞ tərəfindən atəşkəsin pozulmasına qarşı hər hansı cavab addımı atmağı özünün qanuni hüququ hesab edir.

Musavat.com

Attachment

Seçilən
0
1
musavat.com

2Mənbələr