AZ

"Azərbaycan yığmasında oynayacağıma görə fəxr edirəm, ailəm və özüm üçün unudulmaz anlardır" - "Sampdoriya"nın hücumçusu

Azərbaycanın U-21 yığmasına dəvət edilən Lorenzo Mezzotero Sportal.az saytına müsahibə verib. Azərbaycanda 6 il yaşamış forvard hazırda İtaliyada "Sampdoriya"nın U-19 komandasının əsas hücumçusudur. O, yığma komandamızın heyətində ilk oyuna çıxmaq üçün səbirsizləndiyini bildirib.

- Bir müddət əvvəl saytımıza müsahibəndə Azərbaycan yığmasında oynamaq istədiyini bildirmişdin. AFFA səninlə nə vaxtdan kontakta keçmişdi?

- Bəli, Azərbaycan yığmasında oynamağa hazır idim. Bunu isə söz olsun deyə, deməmişdim. Həqiqətən belə düşünürdüm. Təxminən bir ay əvvəl AFFA-dan danışıqlara keçmişdilər. Təklif daha da ciddiləşdi. İndi də gördüyünüz kimi, artıq Azərbaycan yığmasını təmsil edəcəm.

- Artıq U-21 yığmasının heyəti açıqlanıb və səni də yığmada görəcəyik. Təəssüratın necədir?

- Azərbaycan yığmasından gələn dəvətə görə həqiqətən də çox xoşbəxtəm. Azərbaycan U-21 yığmasında oynayacağıma görə fəxr edirəm. Bu, mənim və ailəm üçün vacib andır. Azərbaycan yığmasını təmsil etməyə özümü hazır hesab edirəm.

- “Sampdoriya”nın məşqçilər korpusu və klubdan bu dəvətə reaksiya necə oldu, nələr dedilər?

- Düzü, onlar da mənim Azərbaycan yığmasına cəlb olunmağıma görə şaddırlar. Onlar bunu böyük uğur kimi hesab edirlər. Klubdakılar və məşqçilər də mənə çox inanırlar. Özümü çox xoşbəxt hiss edirəm.

- İtaliyanın U-21 yığmasında oynamaq şansın yarana bilməzdi?

- Mən Azərbaycanı təmsil edəcəm və bu uğur üçün çox qürur duyuram.

- Azərbaycanla bağlılığın ölkəmizdə yaşamağınla bağlıdır...

- Bəli, elədir. Mən 6 il Azərbaycan yaşamışam. Orada futbolla məşğul olmuşam. Bu da mənim Azərbaycan yığmasında olmağıma şərait yaratdı.

- Özünü Azərbaycanın A millisində xəyal edirsən? 

- Düzü, indi U-21 yığmasında möhtəşəm işlər görməyi, əla nəticələr qazanmağa fokuslanmışam. Gələcəkdə necə olacağını zaman göstərəcək. Bu, mənim üçün unudulmaz və vacib anlardır. Qürur duyuram və buna hazıram.

- Yəqin ki, Azərbaycanın U-21 yığmasındakı ilk oyunun üçün səbirsizlənirsən?

- Bəli, elədir. Həqiqətən də Azərbaycan yığmasında meydana çıxacağım ilk matç üçün səbirsizlənirəm. Komanda üçün əlimdən gələni edəcəm.

- Azərbaycan U-20 yığma komandası dünya çempionatında iştirak edəcək. Sənin yaşın imkan verir ki, dünya çempionatında Azərbaycanın U-20 yığma komandasında oynayasan. Bu haqda düşünürsən?

- Əlbəttə ki, bunun üçün çox çalışmağa davam edəcəm. Mən bu yeni təcrübə üçün çox həyəcanlıyam. Zaman hər şeyi göstərəcək. Hər halda, dünya çempionatı yüksək hədəfdir. Buna çatmaq üçün əlimdən gələni edəcəm. 

- Uzun illər Azərbaycanda yaşamısan. Yəqin ki, Azərbaycan dilində danışmağı unutmamısan?

- Bəli, təbii ki, xatırlayıram. Komanda yoldaşlarımla danışıb, onlardan daha çox şey öyrənəcəm.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
3
1
sportal.az

2Mənbələr