AZ

"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək

Qazaxıstanın "KazMunayQaz-Aero" MMC (KMQ-Aero, "KazMunayQaz" milli şirkətinin törəmə strukturu) və "Azərbaycan Hava Yolları" (AZAL) Şımkent beynəlxalq hava limanında hava gəmilərinə "qanaddan" yanacaq doldurma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalayıb.

Bu barədə "KazMunayQaz"ın məlumatında deyilir.

Əməkdaşlıq çərçivəsində "KazMunayQaz"ın törəmə şirkəti beynəlxalq təhlükəsizlik, keyfiyyət və əməliyyat etibarlılığı standartlarına uyğun olaraq AZAL təyyarələrini yanacaqla təmin edəcək.

Həmçinin bildirilib ki, iyunun 16-dan AZAL Şımkent - Bakı marşrutu üzrə müntəzəm reyslərə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Daha əvvəl "KazMunayQaz-Aero" Almatı beynəlxalq hava limanında AZAL, "SpaceBee Airlines", "My Freighter Airlines" və "Easy Charter" kimi bir sıra xarici aviadaşıyıcılarla hava gəmilərinə yanacaq doldurulması haqqında müqavilələr imzalamışdı.

Seçilən
26
2
marja.az

3Mənbələr