

Müəllif
İlhamə Vəliqızı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Ulusum.az-a verilən məlumata görə, mayın 22-də xidmətin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3 min ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Diqqət Çəkənlər
Yenidən İTV-nin baş direktoru seçildi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan
Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb