Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Boliviyada Prezident Rodriqo Pasın istefası tələbi ilə üç həftədən çoxdur davam edən etiraz aksiyalarında baş verən hadisələr zamanı 1 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatda yer alan xəbərə görə, ölkənin qərbindəki magistral yolu yenidən hərəkətə açmaq istəyən təhlükəsizlik qüvvələri ilə fəallar arasında yaşanan qarşıdurmada 1 nəfər ağır yaralanıb.
Xəstəxanaya çatdırılan Viktor Kruz Kispe adlı şəxsin odlu silahla yaralanma nəticəsində dünyasını dəyişdiyi bildirilib.
Prezidentin mətbuat katibi Xose Luis Qalves mətbuata verdiyi bəyanatda polisin La-Pas və El-Alto şəhərlərini birləşdirən yolu yenidən nəqliyyatın hərəkətinə açmaq məqsədilə müdaxilə etdiyini, lakin baş verən hadisələrdə 1 nəfərin öldüyünü təsdiqləyib.
Ölüm faktına görə dərin kədər hissi keçirdiklərini qeyd edən Qalves:
"Təəssüf ki, bir vətəndaşımızın həyatını itirdiyini öyrəndik. Bu vəziyyətlə bağlı müxtəlif kanallar vasitəsilə kədərimizi ifadə etdik. Heç bir Boliviya vətəndaşı bu cür şəraitdə həyatını itirməməlidir. Heç kim qanundan üstün deyil və hadisə hərtərəfli şəkildə araşdırılır", - deyə bildirib.
Katolik Kilsəsi və Ombudsman tərəfindən verilən birgə bəyanatda hadisə ilə bağlı müstəqil və şəffaf təhqiqat aparılmasına çağırış edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.